YENİMüştəri smetanı telefonda təsdiqləyir

Hər avtomobil.Hər mərhələ.Bir ekran.

Pit.az AutoService avtoservisin gündəlik işini kağızdan, Excel-dən və dağınıq WhatsApp yazışmalarından çıxarır. Qəbuldan təhvilə qədər hər avtomobil, hər usta və hər manat gözünüzün qabağındadır.

İlk gün işə başlayın 14 gün pulsuz, kart lazım deyil Azərbaycan, rus, ingilis dilində
Smeta təsdiqləndiElnur M. · Toyota Camry · ₼336,30
Elvin işə başladıÖn əyləc kolodkaları · plan 1 saat
9mərhələ: qəbuldan təhvilə
7rol: sahibkardan ustaya
1link: müştəri hər şeyi görür
0kağız iş sifarişi
Tanış gəlir?

Servis böyüyür, xaos da onunla böyüyür.

“Maşınım nə vaxt hazır olacaq?”Müştəri linkə baxır

Gün ərzində onlarla zəng. Resepşn işləmək əvəzinə telefona cavab verir, cavab üçün ustanı axtarır.

Mərhələ, faiz, görülən işlər və hazır olma vaxtı müştərinin telefonunda canlı yenilənir. Zəng sayı kəskin azalır.

Qiymət mübahisəsiYazılı, təsdiqlənmiş smeta

Smeta şifahi deyilir, sonra müştəri “bu qədər demədiniz” deyir. Endirim edirsiniz və ya müştərini itirirsiniz.

Hər sətir qiyməti ilə yazılıb, müştəri öz adı ilə təsdiqləyib. Təsdiqdən sonra məbləğ dəyişmir, yeni iş yalnız yeni versiya ilə.

Hissə itir, pul itirHər hərəkət jurnalda

Kolodka anbarda var, yoxsa yox? Kim götürdü? Ay sonunda qalıq tutmur, səbəbini heç kim bilmir.

Hissə sifarişə rezerv olunur, təhvildə silinir. Qalıq əl ilə dəyişdirilmir, hər giriş-çıxışın kimin etdiyi görünür.

Məhsul turu

Bir avtomobilin yolu: qəbuldan təhvilə 6 addım

Aşağı sürüşdürün. Sağdakı ekran servisinizdə həmin anda nə baş verdiyini göstərir.

01 / 06

Qəbul: 40 saniyəyə qeydiyyat

Müştəri, avtomobil, VIN, yürüş və şikayət bir formada. Sistem iş sifarişinə nömrə verir, köhnə müştərini telefon nömrəsindən tanıyır.

Resepşn
Yeni iş sifarişi
Elnur Məmmədov
+994 50 123 45 67
Toyota Camry 201910-EM-777
Əyləc basanda cırıltı, sükan titrəyir
PrioritetYüksək
98 500 km
İş sifarişi yarat
02 / 06

Diaqnoz və usta təyini

İşlər xidmət kataloqundan seçilir: qiymət və norma vaxtı özü gəlir. Usta tapşırığı dərhal telefonunda görür.

Menecer + usta
Toyota Camry 2019 10-EM-777Diaqnostika
UstaElvin İsmayılov
Tapşırıqlar · 3
Ön əyləc kolodkalarının dəyişdirilməsi1:00 · ₼50,00
Təkər balansı və sükan tənzimləməsi1:00 · ₼45,00
Mühərrik yağı və filtr0:40 · ₼35,00
03 / 06

Hissələr anbardan rezerv olunur

Hissəni axtarışla tapırsınız, qalıq dərhal görünür. Rezerv olunan kolodkanı başqa usta götürə bilməz, az qalan mallar barədə xəbərdarlıq gəlir.

Anbar
Hissələr
Ön əyləc kolodkaları BPF-TOYRezervdə
Yağ filtri OF-TOYRezervdə
Mühərrik yağı 0W-20, 4 LRezervdə
BPF-TOY29 dəst
OF-TOY8 əd.
04 / 06

Smeta telefona gedir, müştəri təsdiqləyir

Zəng yox, “neçəyə olacaq?” sualı yox. Müştəri linki açır, siyahıya baxır və təsdiqləyir. Təsdiqdən sonra qiymət dondurulur.

Müştəri
Smeta · versiya 1Təsdiqləndi
İş₼130,00
Hissələr₼155,00
ƏDV 18%₼51,30
Cəmi₼336,30
Elnur MəmmədovMüştəri portalı · 00:23
05 / 06

Təmir: Kanban və taymer

Kart “Təmirdə” sütununa keçir, usta taymeri işə salır. Faktiki iş vaxtı özü yazılır, menecer kimin nə qədər işlədiyini görür.

Usta
Ön əyləc kolodkalarıİcrada
0:42:18Bitir
Mərhələ 6 / 9
Tapşırıqlar2 / 3
06 / 06

Faktura, ödəniş və təhvil

Faktura təsdiqlənmiş məbləğdən bir kliklə yaranır, ödəniş qeyd olunur, PDF müştəriyə gedir. Hər addım tarixçədə qalır.

Mühasib
FakturaBM-2026-00034
Cəmi₼336,30
Ödənilib · KartTam ödənilib
Tarixçə
Status: Hazırdır → Təhvil verildi17:40
Ödəniş qəbul edildi: ₼336,3017:38
Smeta v1 təsdiqləndi12:23
Müştəri portalı

Müştəriniz zəng etmir. Linkə baxır.

  • Təmirin gedişi canlı

    Mərhələ, faiz və təxmini hazırlıq vaxtı. Proqram yükləmədən, qeydiyyatsız.

  • Bir toxunuşla təsdiq

    Təsdiqlə, sual ver və ya imtina et. Cavab dərhal servisə çatır.

  • Təhlükəsiz şəxsi link

    Təsadüfi, müddətli və ləğv edilə bilən link. Başqa sifarişə keçmək mümkün deyil.

Salam, ElnurToyota Camry 201910-EM-777
Təmirdə67%
Hazır olacaq: bu gün 18:00
Ön əyləc kolodkaları₼115,00
Təkər balansı₼45,00
Yağ və filtr₼125,00
Cəmi (ƏDV ilə)₼336,30
Təsdiqlə
Sual ver
Kalkulyator

Servisiniz kağıza ayda neçə saat itirir?

Öz rəqəmlərinizi yazın. Nəticə dərhal hesablanır.

120
Bütün iş sifarişləri
20 dəq
Qəbul, zənglər, smeta, hissə axtarışı, hesab
₼8
Maaş və vergilərlə birlikdə
Təxmini qənaət
20

saat ayda geri qazanılır

İş günü ilə2,5
Bu vaxtın dəyəri₼160
Business planı−₼99
Xalis fayda / ay+₼61
Rəqəmlərimi demoda yoxlayaq

Fərziyyə: bu işlərin yarısını sistem öz üzərinə götürür. 1 iş günü = 8 saat. Bu, ehtimaldır, zəmanət deyil.

Təhlükəsizlik

Biznesinizin məlumatı yalnız sizindir.

Ayrılmış məlumat

Hər servisin məlumatı ayrıca saxlanılır. Başqa biznes sizin müştərilərinizi və rəqəmlərinizi görə bilməz.

Rollar və icazələr

Usta ödənişə, mühasib qiymətə toxuna bilməz. Hər icazə serverdə yoxlanılır, düymənin gizlədilməsinə arxalanmır.

Audit jurnalı

Giriş, status dəyişikliyi, smeta təsdiqi, ödəniş, anbar düzəlişi: hamısı kim və nə vaxt ilə yazılır.

FAQ

Tez-tez verilən suallar

Pit.az AutoService-i qurmaq nə qədər vaxt aparır?

Əksər servislər ilk gün işləməyə başlayır. Müştəri və ehtiyat hissəsi siyahınızı Excel-dən biz köçürürük, işçiləri birlikdə əlavə edirik, mərhələləri servisinizə uyğunlaşdırırıq.

Ustalar kompüter bilmirsə necə olacaq?

Usta üçün ekran telefonda üç düymədir: Başla, Fasilə, Bitir. Şəkil çəkmək və qeyd yazmaq da elə oradadır. Adətən 10 dəqiqəlik izah kifayət edir.

Müştəri smetanı necə təsdiqləyir?

Müştəri e-poçtla şəxsi link alır (WhatsApp və SMS tezliklə). Linkdə hər iş və hissə qiyməti ilə görünür. Bir toxunuşla təsdiqləyir, sual verir və ya imtina edir. Hər cavab tarix və adla qeydə alınır.

Məlumatlarımız təhlükəsizdirmi?

Hər servisin məlumatı ayrıca saxlanılır və başqa biznes onu görə bilməz. Hər işçi yalnız öz rolunun icazə verdiyini görür, hər həssas əməliyyat audit jurnalına yazılır. Məlumatlar şifrəli bağlantı ilə ötürülür və müntəzəm ehtiyat nüsxəsi çıxarılır.

Telefonda və planşetdə işləyir?

Bəli. Proqram yükləmək lazım deyil, brauzerdə açılır. Kanban lövhəsi planşetdə, usta ekranı telefonda, hesabatlar kompüterdə rahat işləyir.

Müqavilə və gizli ödəniş varmı?

Xeyr. Aylıq ödəyirsiniz və istənilən ay dayandıra bilərsiniz. 14 günlük sınaq dövrü pulsuzdur, kart tələb olunmur.

Davam edin

Getməzdən əvvəl

Servisinizdə ayda neçə saat itir? 30 saniyədə hesablayın.

Sadə kalkulyator: avtomobil sayı, orta çek, bir zəngə gedən vaxt. Nəticəni demoda öz rəqəmlərinizlə müzakirə edək.

HesablaDemo istə